15 noyabr - Coğrafi İnformasiya Sistemləri (CIS) Günüdür. Əsası 1999-cu ildə ABŞ-da qoyulan CİS Günü sonradan digər ölkələrdə də keçirilməyə başlanılıb. 
CİS Günü “ESRİ” şirkətinin prezidenti və qurucusu, coğrafi informasiya sistemləri və coğrafi məlumat bazasının idarə edilməsi proqram təminatlarının beynəlxalq təchizatçısı Cek Dangermond tərəfindən təsis edilib.
Hazırda dünyada 100-ə yaxın ölkəsi CİS Gününü qeyd edir.
Müasir dövrdə coğrafi obyektlər haqqında informasiyaları təqdim etmək və onların mövqeyini daha tez təyin etmək üçün ən səmərəli üsul Coğrafi İnformasiya Sistemləridir.  Adi xəritədə hər hansı bir coğrafi obyektin mövqeyini təyin etmək üçün ən asan üsul onun koordinatlarını bilməkdir. CİS ilə daha sadə və asan üsulla obyektin axtarışını həyata keçirmək mümkündür. Bunun üçün obyektin adını axtarış sisteminə daxil etmək kifayətdir.
Coğrafi İnformasiya Sistemləri (CIS) coğrafi məlumatları toplamaq, saxlamaq, emal etmək, təhlil etmək və vizuallaşdırmaq üçün istifadə olunan bir məlumat sistemi növüdür. Coğrafi məlumatlara yaşayış məntəqələri, torpaqlar, su ehtiyatları, iqlim şəraiti və əhalinin paylanması kimi coğrafi yerlərlə bağlı məlumatlar daxildir.
2013-cü il yanvarın 1-də Azərbaycanda yaradılan “AzCİS” MMC ölkəmizdə bu sahədə öz xidmətlərini təklif edən qabaqcıl təşkilatdır. Şirkətimiz bir neçə fəaliyyət növü ilə məşğul olur. Onlardan ən əsası Coğrafi İnformasiya Sistemləridir. 
Artıq "AzCİS" MMC bu istiqamətdə 11 illik təcrübəyə sahibdir. Şirkətimizin əsas məqsədlərindən biri CİS-in yaradılması, onun tətbiqi, müştərilərimizin ekspertləri üçün CİS-lə bağlı təlimlərin keçirilməsi və texniki dəstək xidmətlərinin göstərilməsidir.
"AZCİS"də çalışan professional mütəxəssislərimizin qabaqcıl təcrübəsi bizə bir çox proseslərin reallaşmasına və CİS-in tətbiqi üzrə müvafiq xidmətləri təklif etməyə əsas verir. Şirkətimiz İnformasiya Sistemləri ilə əlaqəli olan müxtəlif istiqamətlər üzrə də fəaliyyət göstərir.  Bunlara informasiya sistemlərinin texnoloji mühitinin  formalaşması, texnoloji mühit anlayışının mahiyyəti, instrukturu, texniki və proqram vasitələri, həmçinin informasiya sistemlərinin yaradılması məsələləri daxildir. 


"AzCİS" ailəsi olaraq bütün həmkarlarımızı təbrik edir, bütün işlərində, gələcək fəaliyyətlərində  uğurlar arzulayırıq.