Torpaq ehtiyatları bütün ölkələrin inkişafı üçün onun varlığının və potensial imkanlarının əsas elementlərindən biri kimi qiymətləndirilir. Torpaqlarımızın sağlamlaşdırılması, mühafizəsi, ondan səmərəli istifadə olunması hər zaman prioritet məsələ olub. Bu sahənin mütəxəssisləri hər zaman torpağa ziyan vermədən yüksək səviyyədə məhsul alınmasının və əkinçiliyə zərərli olan maddələrdən qorunmasının yollarını axtarırlar.
Coğrafi İnformasiya Sistemləri (CİS) bu problemlərə həll yolu tapmaqla mühüm rol oynayır. CİS xidmətləri üzrə bir sıra kənd təsərrüfatı problemlərinin geniş həll yolları mövcuddur. Belə ki, torpaqlar rəqəmsal formada tərtib edilir və torpağın daha asan təhlili üçün topoqrafiya - geodeziya məlumatları ilə statistik verilənlər birləşdirilir.
Coğrafi İnformasiya Sistemləri özündə statistik verilənləri və nümunələri toplayıb emal etməklə, “nə əkməli?” və “hansı torpaqda əkməli?” kimi qərarların verilməsinə imkan verir. Bu baxımdan, CİS-in kənd təsərrüfatında tətbiqi daim aktualdır.